İnsan həyatının ən dəyərli sərvəti sağlamlıqdır. Sağlamlığın qayğısına qalan isə biz-tibb işçiləriyik. Hər bir valideynin ən böyük arzusu övladının tələbə adını qazanması, gözəl təhsil alıb peşə və ya ixtisas sahibi olmasıdır. Təhsilimizin əsas məqsədi gənc nəslə təhsil verib gələcəyə savadlı kadr hazırlamaq, onların bir vətəndaş, şəxsiyyət kimi yüksək və vətənpərvər ruhda formalaşmalarına, milli-mənəvi dəyərləri qoruyub saxlayan humanist, əxlaqlı, şəfqətli insan kimi yetişmələrinə nail olmaqdır. Tibb işçisi olmaq, bu adı daşımaq çox böyük məsuliyyət tələb edir. Hər bir insan öz sağlamlığını tibb işçilərinə etibar edir. İnsanların sağlamlığı hətta bəzən həyatları sizlərdən asılı olur. Bəzən siz tibb işçilərinin bir xoş sözü, mehribanlığı, qayğıkeşliyi xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Əsl tibb işçisi öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Yəqin ki, bu çətin və şərəfli peşəni seçəndə böyük məsuliyyəti özünüzdə dərk etmisiniz. İnanıram ki, sizlər bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəksiniz. Sizə bu şərəfli, eyni zamanda olduqca məsuliyyətli yolda bol-bol müvəffəqiyyətlər arzulayıram. Bilin ki, sizin uğurunuz bizim uğurumuzdur.
Mükəmməllik: Biz ən yüksək standartlara nail olmağı hədəfləyirik. Dürüstlük: Biz tibb bacısı peşəsini dürüstlük və etik dəyərlər üzərində qururuq. Yaradıcılıq: Biz innovasiya və yaradıcılığın mövcud olduğu bir mühit yaratmağı hədəfləyirik. Hörmət: Biz bütün insanların hörmət edildiyi və qiymətləndirildiyi bir mühit yaradırıq. Məsuliyyət: Biz hərəkətlərimizə görə məsuliyyət daşıyırıq.