İxtisaslı kadr hazırlığı ilə yanaşı tələbələrin şəxsiyyət kimi formalaşması istiqamətində işlər aparılır;
Təhsildə islahat proqramlarından, informasiya-kommunikasiya texnologiyaları strategiyasından irəli gələn təhsilin dünya standartlarına uyğunlaşdırılması həyata keçirilir;
Tədris-təcrübə prosesində mühazirə və təcrübə dərsləri vahid şəkildə təşkil edilir;
Təlimə aid olan yeniliklər (Microsoft Teams, ZOOM Cloud Meetings və WhatsApp platformalar, interaktiv lövhə, prezentasiyalar)dərs prosesinə daxil edilir;
Tədrisin keyfiyyətinə nəzarət edilir. Açıq dərslər keçirilir və onlar geniş müzakirə edilir;
Tələbələr arasında müsabiqə, bilik olimpiadaları və elmi konfranslar keçirilir;
Müəllimlərin qabaqcıl təcrübələri gənc kadrların arasında yayılır;
Tədris prosesinin təşkili, davamlılığı və effektivliyi təmin edilir;
Tədris standartlarına uyğun olaraq proqramlar və tədris planları tərtib edilir;
İmtahan sessiyalarının və dövlət imtahanlarının keçirilməsi təşkil olunur;
Tədrisə aid bütün sənədləşmənin aparılmasına nəzarət edilir.