Thumb

Peşə Təlim Mərkəzi

TEAMMED Peşə Təlim Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabət qabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təlim mərkəzidir. Tələbələrin müasir dövrün çağırışlarına uyğun peşə təhsili alması və onların əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar kimi formalaşması prioritet əhəmiyyət daşıyır. Tələbələrin gələcəkdə uğurlu karyera qurması ilə bərabər xalqımıza və dövlətimizə layiqli vətəndaş kimi yetişməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsinə, onların Təlim Mərkəzinin ictimai həyatında aktiv iştirak etməsinə, könüllülük fəaliyyətinə cəlb olunmasına xüsusi önəm verilir.

Bizi seçməyiniz üçün sizə əsas amili təqdim edirik:
*Düzgün peşə seçimi üçün peşəkar təlimçi bazası
*Müasir təhsil standartları
*Beynəlxalq təcrübə
*Beynəlxalq səviyyəli yarışmalara, təlimlərə, aktivitələrə qoşulmağınızın təmin edilməsi
*Uğurlu karyera sahibi olmanız üçün birbaşa Mərkəz daxilində “Karyera və İnkişaf mərkəzi”ndə peşəkar karyera məsləhətçilərindən faydalanma
*Əmək bazarında öz sözünü demiş müəssisə və təşkilatlarda təcrübə imkanı

Missiya və strategiya
Əmək bazarının müasir tələblərinə uyğun müxtəlif təhsil bazalı və sosial statuslu təhsil alanlar üçün keyfiyyətli təhsil verməklə, müstəqil, səriştəli, təşəbbüskar, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, biznes təfəkkürlü, əməksevər və vətənpərvər kadrlar hazırlayaraq, ölkədə və regionda öz seqmentində lider mövqeyə sahib, modern və yenilikçi peşə təhsili müəssisəsi kimi fəaliyyət göstərmək.

Vizion
TEAMMED Peşə Təlim Mərkəzi kimi bu sahədə liderliyi qorumaq və inkişaf etdirmək, biznes qurumları və işəgötürənlərlə əməkdaşlıq səviyyəsin möhkəmləndirmək;
Kadr potensialının keyfiyyətini artırmaq, müasir tələblərə uyğun yeni ixtisasların tədrisini təşkil etmək, yüksək peşə təhsili vermək;
Təlim Mərkəzini peşə təhsili üzrə innovativ resurs mərkəzinə çevirmək;
İxtisaslara uyğun sahələrdə aktiv təsərrüfat fəaliyyəti göstərmək;
Beynəlxalq əlaqələri inkişaf etdirmək, təhsil xidmətlərinin ixracatçısı olmaq.

Əməkdaşlıq
Peşə təhsilinə dəstək üçün özəl müəssisələrlə birgə əməkdaşlıq edilir.

PEŞƏ DƏRSLƏRİ
Bitkiçilik mütəxəssisi
Tikinti
Sənaye
Mexanika
Avtomobil
Avtomatika üzrə usta
İKT
Elektronika
Elektrotexnika
Aşpaz
Bərbər
Geyim dizayneri
Qənnadçı-şirniyyatçı
İnteryer və eksteryerin bədii tərtibatçısı
Turizm sahəsində iaşə üzrə mütəxəssis
Məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis
Xalçaçı
Bərbər-vizajist-manikürçü
Əməliyyatçı-mühasib
Kompyuter operatoru,dizayner
Üzüm və şərab ustası
Heyvandarlıq mütəxəssisi
Turizm təşkilatçısı
Mehmanxana inzibatçısı
Avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü
Avtomobil diaqnostikası və təmiri
Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru
Sənayedə quraşdırma işləri üzrə usta
Dərzi
Tədbirlərin təşkilatçısı
Video çəkiliş üzrə operator
Quru inşaat ustası
Satıcı xəzinədar
K/T məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi
Rəngsaz və suvaq ustası
Ərzaq və qeyri ərzaq mallarının satıcısı xəzinədar
Qrimçi – pastijor
Mebel ustası
Avtomobil üzrə elektrik
Aqroservis mütəxəssisi
İnşaat ustası
Veb dizayner-proqram təminatçısı
Üzlükçü dizayner

Thumb
Thumb