Tədris prosesində nəzəri təlimdə öyrədilən bilikləri möhkəmləndirmək;
Təcrübə dərslərində və istehsalat təcrübəsində tələbələrdə sərbəst işləmək bacarığı formalaşdırmaqla gələcək tibb işçisinin öz sənətinə qarşı maraq və sevgi yaratmaq,əmək intizamı və ixtisaslaşmış cavabdehlik yaratmaq;
Təcrübə proqramlarının tələblərinə uyğun olaraq ixtisasları nəzərə almaqla stasionar şəraitdə təcrübi bacarıqların vərdiş kimi qavranılmasına şərait yaratmaq;
Tələbələrdə pasientlərlə və işçi kollektivlə ünsiyyət qurmaq,sanitar-epidemioloji rejimə riayət etmək, iş növbəsini qəbul etmək və təhvil vermək və s. bacarıqları formalaşdırmaq;
Təcrübə tədris təcrübə və istehsalat təcrübəsi olmaqla iki yerə bölünür:
Tədris təcrübədə laboratoriyalarda, təcrübə kabinetlərində və klinikayaqədərki kabinetlərdə gələcək manipulyasiyalar və işin aparılması texnikası mulyaj üzərində əyani vəsaitlərdən istifadə etməklə tələbələrə öyrədilir.
İstehsalat təcrübəsində isə tələbələr nəzəri təlimi bitirdikdən sonra təcrübə bazalarında ixtisaslarına uyğun olaraq müalicə-profilaktika müəssisələrində təcrübə keçirlər. Bu zaman təcrübə dərslərində öyrəndikləri bacarıqları möhkəmləndirmək üçün təkrar-təkrar işləyirlər ki, vərdiş əmələ gəlsin.
Kliniki fənlərin təcrübə dərsləri və istehsalat təcrübəsi təcrübə bazalarında keçirilir.
Təcrübəyə təcrübə rəhbəri nəzarət və rəhbərlik edir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən TƏBİB-lə razılaşdırılmış təcrübə bazalarının siyahısı göndərilir.Təcrübə bazalarının siyahısı hər 5 ildən bir yenilənir.İxtisaslarına uyğun olaraq bütün şöbələrin tələbələrinin təcrübə keçmələri üçün lazım olan bazalar həmin siyahıda öz əksini tapır. Baza kimi xəstəxanalar,doğum evləri, apteklər, GEM-ri nəzərdə tutulur. Tələbələr Müalicə-profilaktika müəssisələrinin rəhbərlərinin başçılığı altında yerlərdən təhkim olunmuş təcrübə rəhbərlərinin və kollec tərəfindən təyin olunmuş metodik rəhbərlərin nəzarəti ilə təcrübə keçirirlər.
Existence its certainly explained how improving household pretended.
Download Service Download Features